İsrail ordusu Livanın cənubundakı bəzi şəhərlərin sakinlərini “Hizbullah”a hücumdan əvvəl təxliyə olunmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Müraciət Nəbatiyyə bölgəsindəki Mayfadun, Şuqin, Arnoun, Zavtar əl-Şərqiyyə və Kfar Tebnit kəndlərinin sakinlərinə aiddir.
Sakinlərdən evlərini tərk etmələri və İsrail Müdafiə Qüvvələrinin fəaliyyət göstərə biləcəyi istənilən ərazidən ən azı bir kilometr uzaqlaşmaları xahiş olunur.
Qeyd edək ki, 22 apreldə İsrail ordusu “Hizbullah”ı Livanda atəşkəsi pozmaqda günahlandırıb.
Əliyar Xəlil
Globalinfo.az