İsrail “ölüm hücumu”na keçdi – Qallant əmr verdi

İsrailin müdafiə naziri Yoav Qallant Fələstinin Qəzza şəhərinin tam mühasirəyə alınması üçün əmr verib. 

Globalinfo.az xəbər verir ki, israilli nazir açıqlamasında artıq göstərişin verildiyi, ordunun hərəkətə keçdiyini bildirib.

“Mən orduya Qəzzanı tam mühasirəyə almağı əmr etdim. Orada nə elektrik, nə qida, nə də yanacaq təchizatına icazə veriləcək”, -nazir deyib.

Qeyd edək ki, İsrailin HƏMAS-ın nəzarətə götürdüyü bütün ərazilərin geri qaytarıldığını açıqlayıb. Məlumata görə, qruplaşma tam zərərsizləşdirilənə kimi İsrail ordusunun əməliyyatları davam edəcək.

Əliyar Xəlil
Globalinfo.az