“Qolan təpələrindəki insident yad bayrağı altında əməliyyat və provokasiya ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı ekspert Andrey Çuprıqin deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə İsrailin Hizbullaha qarşı çoxdan planladığı əməliyyatının başlanmasında maraqlı olan oyunçular var:
“Nəyin baş verdiyini demək çətindir. Təl-Əviv çoxdan Hizbullahla müharibəyə hazırlaşır, amma HƏMAS-la vəziyyətə görə başlamır. Lakin planlar hazırdır və təhrik istənilən an ola bilər. Qolan təpələri ilə bağlı situasiyaya konspiroloji nöqteyi-nəzərdən baxmaq olar. Ona əsasən demək olar ki, bəlkə də bu, İsrailə sərf edir ki, Hizbullaha qarşı hərbi fəaliyyətlərə başlasın. Ola bilər ki, bu yad bayraq altında əməliyyatdır, amma sual odur ki, onu edən kimdir”.
Əliyar Xəlil
Globalinfo.az