netanyahu


İsrail müharibənin növbəti mərhələsinə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, bütün hədəflərinə çatmadan dayanmayacaqlarını qeyd edib.

“Diriliş müharibəsinin növbəti mərhələsinə hazırlaşırıq. Zəfərlə bağlı bütün hədəflərimizə çatmadan dayanmayacağıq. Bütün girovlarımızı evlərinə qaytaracağıq. HƏMAS-ın gücünü yox edəcəyik və Qəzza artıq İsrail üçün təhlükə olmaqdan çıxacaq”, – Baş nazir qeyd edib.

HƏMAS-la razılaşma çərçivəsində girovların geri qaytarılması məsələsinə də toxunan Netanyahu “bir çoxları bizim heç bir nəfəri də qaytara bilməyəcəyimizi düşünürdü” sözlərini deyib. O, həmçinin atəşkəs barədə də danışıb və İsrailin razılaşmanın bütün şərtlərinə əməl etdiyini vurğulayıb.

“Əgər müzakirələr nəticə verməsə, 42-ci gündən etibarən müharibəyə qayıtmaq seçimimiz var. Girovlarımız azad edilməsə, bunun cavabı ağıllarına gəlməyəcək qədər ağır olacaq”, – o bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: