SpQg5LLkSGbfkQmmx2teXAD8TrjMCnI r2m8t GVuHM4yB5Zy8ac0zn6VhW9SbHXsnGDXGfKv0oaG4lF1c8biP1g

İsrail beş nəfər livanlını azad etmək və Livanla sərhəd danışıqları aparmağa razıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

İsrail Livanla sərhədlərin demarkasiya ilə bağlı danışıqlar aparmağa razıdır. Bundan başqa, İsrail hərbçiləri tərəfindən saxlanılan beş nəfər livanlını da azadlığa buraxa bilər.

Məlumatda qeyd olunur ki, İsrail iki ölkə arasında demarkasiya xəttinin müzakirəsi üçün ABŞ və Fransa ilə işçi qrupunun yaradılması barədə razılaşıb.

Qeyd edək ki, İsrail ötən ilin noyabrında atəşkəs razılaşması çərçivəsində Livanın cənubundan qoşunlarını çıxarsa da, burada beş yüksəkliyə nəzarəti saxlayıb. Həmin yüksəkliklərdən “Hizbullah” mövqelərinə zərbələr endirmək üçün istifadə edilir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: