İsrail ordusu Livanla şimal sərhədindən dörd kilometr dərinliyə qədər olan zonanı təcrid etmək qərarına gəlib.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, əraziyə giriş qəti qadağan olunub, əhaliyə bununla bağlı ayıq-sayıq olmağı və bufer zonaya daxil olmamaq göstərişi verilib.