İsrailə məxsus Pilostsuz Uçuş aparatının (PUA) Beyrutdan 35 kilometr cənubda yerləşən Səidə şəhərinin girişinə endirdiyi zərbə nəticəsində dörd sülhməramlı və üç Livan əsgəri yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Livan ordusunun bəyanatında deyilir.
Bildirilir ki, hücum nəticəsində üç Livan vətəndaşı həlak olub.
“Düşmən Səid şəhərinin girişindəki hərbi keçid məntəqəsində avtomobilə hücum edib. Nəticədə avtomobildə olan 3 vətəndaş və BMT-nin müvəqqəti qüvvələrinin Malayziyadan olan 4 əsgəri yaralanıb. Çünki hücumu zamanı sülhməramlı qüvvələrin karvanı keçid məntəqəsindən keçib”, – deyə məlumatda vurğulanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az