İsrailin Livanın müxtəlif bölgələrinə hücumu nəticəsində yüzlərlə insan ölüb.
Globalinfo.az bildirir ki, bu barədə Livanın səhiyyə naziri Rakan Nassereddine “Al Jazeera“ya məlumat verib.
***16:42
İsrail Livana ən böyük hücumlarından birini həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri 10 dəqiqə ərzində Beyrut, Bekaa vadisi və Livanın cənubunda təxminən 100 hədəfi vurub.