İsrail Livanın cənubundakı şəhər və kəndlərə genişmiqyaslı hava zərbələrini davam etdirir.
Globalinfo.az xəbər verir ki, bu barədə Livan mənbələri məlumat verib.
Məlumata görə, Nəbatiyyə bölgəsinin Şukin şəhərində həyata keçirilən bombardman nəticəsində üç nəfər həlak olub, daha bir neçə şəxs yaralanıb. Ümumilikdə isə bu gün İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində on nəfər həyatını itirib.
İsrail aviasiyasının hücumlarına həmçinin Livanın cənubundakı Zuter əş-Şərqiyyə, Kfar, Yatir və Məcəl əs-Səlim yaşayış məntəqələri də məruz qalıb.
— Newsfeed (@Newsfeed883920) May 2, 2026
Əliyar Xəlil