İsrail ordusu”Hizbullah” təşkilatının silahlı dəstələrinə qarşı əməliyyata başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat Livanın Nəbatiyyə şəhərinin ətrafında reallaşıb.
Bildirilib ki, paytaxt Beyrutdan 75 km məsafədə yerləşən şəhərin ətraf ərazilərinə hücum intensiv aviasiya zərbələri və artilleriya hazırlığından sonra başlayıb.
“İsrail hərbçiləri partlayıcı maddələrin və təxribat qruplarının aşkarlanması üçün robotlardan istifadə edirlər”, – deyə qeyd olunub.