1763636276 gideon saar israel speech afp 1.jpg 1

“İsraildə raketlərin qarşısını almaq üçün kifayət qədər vasitə mövcuddur”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Xarici İşlər naziri Gideon Saar deyib.

O əlavə edib ki, ABŞ İranla müharibəni öz məqsədləri əldə olunana qədər davam etdirəcək.

Saar həmçinin qeyd edib ki, Təl-Əviv Livan hökumətindən “Hizbullah”ın İsrail ərazisinə hücumlarının qarşısını almaq üçün ciddi addımlar gözləyir:

“Çünki İran tərəfindən dəstəklənən qrupla sərhədlərarası gərginlik hələ də davam edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: