İsrail İranın Bəndəri-Məhşəhr şəhərində neft-kimya kompleksinə zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Xuzistan vilayəti valiliyinin təhlükəsizlik məsələləri üzrə müavini Vəliəllah Həyati jurnalistlərə açıqlamasında deyib.
“Mahşəhr şəhərində yerləşən Karun Petrokimya Şirkəti bir neçə dəqiqə əvvəl İsrail hava hücumuna məruz qalıb.
Müəssisənin bir hissəsi zədələnib. Dəymiş ziyanın miqdarı və mümkün itkilərlə bağlı əlavə məlumatlar daha sonra açıqlanacaq”, – deyə o bildirib.