İsrail ordusu Livanın Deyr Kifa şəhərinə aviazərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) bəyanatında deyilir.
Aviazərbələrin hədəfinin “Hizbullah” hərəkatına məxsus silah anbarının olduğu bildirilir.
Hücumun nəticələri barədə məlumat verilmir.