
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” qruplaşmasının iki məntəqəsinə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki,ordu məntəqələrin vurulma anının görüntülərini yayıb. Məlumata görə, həmin məntəqələrdən İsrail ordusunun tanklarının raketlər vurulması nəzərdə tutulub.
Görüntüləri təqdim edirik:
Qeyd edək ki, noyabrın 3-ü “Hizbullah” lideri Həsən Nəsrullah müraciət videosu yayımlayaraq İsraili müharibədə uğursuz adlandırmış, HƏMAS-ın hücumunu təqdir etmişdi.
Ayşən Mustafa
Globalinfo.az