“İsrail hər şeyi edəcək, İranı dayandırmalıyıq” – Netanyahudan sərt BƏYANAT

İranla yeni razılaşma Tehranın nüvə silahı əldə etməsinə mane olmayacaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş nazir Benyamin Netanyahu deyib.

“Bizim birinci vəzifəmiz İranın nüvə silahı əldə etməsinə mane olmaqdır. Biz amerikalı dostlarımıza dəfələrlə açıq şəkildə bildirdik və mən bunu təkrar deyirəm: biz razılaşmaya qarşıyıq.

Hər şeydən əvvəl BHFP (Birgə Hərtərəfli Fəaliyyət Planı) adlı ilkin razılaşmaya qarşıyıq. Bu, sadəcə olaraq İranın silahlanmasına və onu yüz milyonlarla dollarla təmin etməsinə yol açacaq. İsrail İranın təcavüzündən qorunmaq üçün lazım olan hər şeyi edəcək, istər nüvə faylı olsun, istərsə də onun terrorçu marionetləri”,- o bildirib.