İsrail-HƏMAS razılaşması mümkündür – Blinken

Atəşkəs danışıqlarında İsrail və Fələstinin HƏMAS hərəkatının mövqeləri arasında uçurum daralır və bu, Qəzza zolağında yeni atəşkəs razılaşmasının əldə olunmasına imkan yaradır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Boşluq bağlanır və biz Dohada razılaşmalar üçün səy göstərməyə davam edəcəyik”, – Blinken bildirib.