F180619ZELPR09 e1558280817484 1024x640 1

Qəzzada atəşkəsin uzadılması məqsədilə Misirə yola düşən İsrail nümayəndə heyəti Qahirəyə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Misir Dövlət İnformasiya Xidməti məlumat yayıb.

Məlumata görə, Qətərdən və İsraildən olan nümayəndə heyətləri artıq Qahirə şəhərindədirlər. Həmçinin, danışıqlarda adları açıqlanmayan ABŞ nümayəndələrinin də iştirak edəcəyi deyilir.

Tərəflər Qəzzada atəşkəsin növbəti mərhələsini razılaşdırmaq üçün görüşəcəklər.

***22:45

Daha çox girovun azad edilməsi müqabilində atəşkəsin birinci mərhələsini uzatmağa hazırıq.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

Qeyd edək ki, bu gün İsrail nümayəndə heyəti danışıqlar üçün Qahirəyə yola düşür. Saar nümayəndə heyəti qayıtdıqdan sonra bu məsələnin ətraflı müzakirə edilməsinin daha yaxşı olacağını bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: