HEmas 700x403 1

İsrailin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib ki, Qəzza zolağında HƏMAS-ın idarəetmə sistemi çökməyə başlayıb. Halevi bildirib ki, hər gün daha çox terrorçunun öldürüldüyü, daha çox terrorçunun yaralandığı müşahidə olunur.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud da deyib ki, Amerika Qəzza zolağında dərhal atəşkəs çağırışlarını dəstəkləmir, çünki bu, növbəti müharibənin toxumlarını səpəcək.

Maraqlıdır, bəs İsrailin HƏMAS-ı tamamilə məhv etmək imkanları varmı? Ümumiyyətlə, Qəzzada HƏMAS-ın hakimiyyətinə son qoymaq imkanları olacaqmı?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Kənan Rövşənoğlu deyib ki, İsrail elan edib ki, HƏMAS-ı bitirir, amma fikrimcə, bir qədər tələsik açıqlamadır:

kenan rovsenoglu 0

Kənan Rövşənoğlu

“Çünki döyüşlər hələ davam edir. HƏMAS-ın bunkerlərini, silahlarını ələ keçirmək mümkündür, amma ideoloji baxımdan tam olaraq sıradan çıxarmaq çox çətin olacaq. Çünki HƏMAS-ın mənsub olduğu ideologiya Fələstində çox dərin yayılıb. Onu hərbi əməliyyatla təmizləmək mümkün deyil. O ki qaldı BMT-də keçirilən səsvermədə ABŞ-ın mövqeyinə, bu, gözlənilən idi.

Vaşinqton atəşkəsə qarşı çıxmasını sənədin mətnində onun mövqeyi və düzəlişlərinin əlavə olunmaması, HƏMAS-ın 7 oktyabr hücumunun pislənməməsi ilə əsaslandırıb. Ancaq əlbəttə, daha dərin səbəbləri var idi bunun. Vaşinqton hazırkı münaqişənin onun nəzarətindən çıxmasını istəmir. Çünki bu halda Vaşinqton üstün mövqeyini itirə bilər. Çünki daha əvvəl də danışdığımız kimi, Vaşinqton hazırkı münaqişə vasitəsilə Yaxın Şərq siyasətini yenidən dizayn etməyə çalışır. Ona görə də kənar oyunçuların prosesə daxil olmasını istəmir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: