“Yaxın Şərq cəbhəsində vəziyyətin bundan da pis olacağı proqnozlaşdırılır”.
Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov Livanda ard-arda baş verən partlayışlar haqda danışarkən deyib.
Onun sözlərinə görə, İsraillə “Hizbullah” bir-biri ilə açıq müharibəyə başlamaqdan çəkinir:
“Bununla belə, İsrail “kölgə müharibəsi”nin amansız sürpriz texnoloji imkanları ilə “Hizbullah”ı hədəfə alaraq vacib prioritetlər formalaşdırır.
Aqşin Kərimov
İsrailin “Hizbullah” daxilində güclü casus şəbəkəsinin olması qənaəti məxfi informasiya əməliyyatları ilə gerçəkləşdirilir. Məqsəd “Hizbullah”la onun bütün aspektlər üzrə sponsoru İran arasında fikir ayrılıqlarını dərinləşdirmək və təşkilatı Tehranın iradəsindən kənar qüvvəyə çevirməkdir.
Əslində, “Hizbullah” faktoru İranla İsrailin şüuraltı strateji məntiqlərinin qarşılıqlı güzəşt kodeksidir”.
Turan Rzayev
Globalinfo.az