İsrail hazırladı, ABŞ təsdiqlədi: HƏMAS-a təqdim olunan plana nələr daxildir?

346979367389962

İsrail HƏMAS-a girovların azad edilməsi ilə bağlı ikimərhələli plan təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Çinin “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Plana əsasən, birinci mərhələdə HƏMAS əvvəlcə 11 girovu azad etməlidir, ardınca isə 16 nəfərin meyitini təhvil verməlidir. Bundan sonra bölgədə 40 günlük atəşkəs qüvvəyə minəcək.

İkinci mərhələ isə bütün girovların azad edilməsini əhatə edir.

Hesabatda planın ABŞ tərəfindən təsdiqləndiyi də qeyd edilir.

Aysel Əliyeva
Globalinfo.az