İsrail HƏMAS liderinin başına 400 min qoydu

İsrail ordusu HƏMAS hərəkatının siyasi lideri Yəhya Sinvarın başına 400 min dollar pul mükafatı qoyub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bundan başqa, İsrailin HƏMAS-ın hərbi qanadının baş komandanı, general Məhəmməd Deyfin yerini deyənə isə 100 min dollar mükafatı verəcəyi bildirilib.