Qəzza zolağına doğru hərəkət edən Sumud Donanmasının sonuncu gəmisi də israil Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilib.
Globalinfo.az xəbər verir ki, İsrail dənizçilərinin gəmini dayandırdığı anın görüntüləri yayılıb.
Məlumata görə, bu, 41 gəmidən ibarət donanmanın sonuncusudur. Digərləri ötən gün İsrail dənizçiləri tərəfindən saxlanılıb.
Görüntülərdə hərbi dəniz qüvvələrinin gəmiyə daxil olma anı əks edilir.
Əliyar Xəlil
Globalinfo.az