İsrail İrlandiyadakı səfirliyini bağlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti xarici işlər naziri Gideon Saarın bəyanatına istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, İsrail Xarici İşlər Nazirliyi İrlandiya hakimiyyətinin sərt anti-İsrail siyasətinə görə Dublindəki səfirliyi bağlamaq qərarını açıqlayıb.
“İrlandiyanın İsrailə qarşı antisemit addımları və ritorikası ikili standartlara əsaslanır. İrlandiya İsraillə münasibətlərində bütün qırmızı xətləri keçib”, – nazir bildirib.
Xatırladaq ki, Dublinin Fələstin dövlətini tanımasından sonra İsrail artıq may ayında İrlandiyadakı səfirini geri çağırmışdı.