İsrail ABŞ-a arxalana bilər – Ostin

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri (Pentaqon) Lloyd Ostin deyib.

O, israilli həmkarı Yoav Qalanta telefon danışığında ölkəsinin İsrailə hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb.

“Lloyd Ostin açıq şəkildə bildirib ki, İsrail İran və onun regiondakı proksi qüvvələrinin istənilən hücumuna qarşı müdafiədə ABŞ-ın tam dəstəyinə arxalana bilər”, – Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Əliyar Xəlil
Globalinfo.az