İsrail Silahlı Qüvvələri Livanın paytaxtı Beyrutun cənub kənarındakı Dahiya bölgəsində yerləşən “Hizbullah” təşkilatının obyektlərinə hava zərbələri endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumlar “Hizbullah”ın silahlı qanadına bağlı olan 127-ci hərbi-hava bölməsinin infrastrukturuna yönəlib.
Zərbələrdən əvvəl İsrail ordusu bölgə sakinlərinə müraciət edərək dərhal evlərini tərk etmələrini tələb edib.
Qeyd edək ki, İsrail sonuncu dəfə Beyrut ətrafına hava zərbələrini aprel ayının sonunda həyata keçirmişdi. O vaxtdan bəri əsasən Livanın cənub rayonları atəşə tutulurdu.
Aysel Əliyeva
Globalinfo.az