İsrail bəyan etdi: “Livana böyük ziyan dəyəcək”

“İsrail Livanla bağlı qərar verməyə çox yaxındır”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz deyib.

O bildirib ki, genişmiqyaslı müharibə olacağı təqdirdə orada fəaliyyət göstərən Hizbullah təşkilatı məhv ediləcək və Livana böyük ziyan dəyəcək.

“Biz Hizbullah və Livanla bağlı qaydaları dəyişdirmək qərarına çox yaxınıq. İsrail dövləti xalqın birliyi, eləcə də Müdafiə Qüvvələrinin tam gücü ilə ölkənin təhlükəsizliyini bərpa edəcək”, – Katz vurğulayıb.

Xatırladaq ki, daha öncə İsrail ordusunun mətbuat xidməti bildirib ki, Şimal Komandanlığı Livanda hücum əməliyyatları planlarını təsdiqləyib və yerləşdirilən qoşunların döyüş hazırlığını artırmaq qərarına gəlib.

Müşviq Tofiqoğlu
Globalinfo.az