israil yoxsa hemas

İsrail sabah 183 fələstinli məhbusu azad edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə fələstinli məhbuslarla iş üzrə məlumat ofisindən deyilib.

Qeyd olunur ki, məhbuslar üç israilli girovun HƏMAS tərəfindən azad edilməsi müqabilində sərbəst buraxılacaq.

“Şənbə günü 18 nəfər ömürlük həbs cəzasına məhkum edilən, 54 nəfər uzunmüddətli azadlıqdan məhrutmə ilə cəzalandırılan və 7 oktyabrdan sonra Qəzzada saxlanılan 111 nəfər fələstinli məhbus azad ediləcək”, – ofisin rəsmi “Telegram” kanalında yazılıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: