İspaniyanın 7 futbolçusu kondisionerə görə xəstələndi

İspaniya millisi Qətərdə keçirilən dünya çempionatındakı ilk oyununa itkilərlə çıxa bilər.

Globalinfo.az Apasport.az-a istinadən xəbər verir ki, buna səbəb futbolçuların səhhətində problem yaranmasıdır.

“Buğalar”ın 7 oyunçusu kondisionerdən istifadəyə görə soyuqlayıb. Xəstələnənlər arasında komandanın son məşqini başa vura bilməyən hücumçu Alvaro Morata da var.

Qeyd edək ki, İspaniya millisi ilk matçını noyabrın 23-də Kosta-Rikaya qarşı keçirəcək.