İspaniyadan İsrailə qarşı ADDIM: Buna qadağa qoyuldu

İspaniya hökuməti İsrailə silah ixracına icazə verməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Krallığın xarici işlər naziri Xose Manuel Albares deyib.

O bildirib ki, İspaniya hökuməti Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda İsrailə silah ixracına icazə vermək niyyətində deyil:

“İspaniya 2023-cü ilin oktyabr ayından bəri İsrailə silah ixracı üçün lisenziya verməyib. Bu,  münaqişə davam etdikcə dəyişməyəcək”.

Qeyd edək ki, daha öncə “El Diario” qəzeti 2023-cü ilin noyabrında İspaniyadan İsrailə 987 min avro dəyərində döyüş sursatının ixrac edildiyini bildirib. İspaniyanın Dövlət Ticarət Katibliyi isə tədarüklərin 2023-cü il oktyabrın 7-dən əvvəl verilən lisenziya əsasında həyata keçirildiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az