ABŞ-ın İspaniyanın NATO-dakı üzvlüyünü dayandırmaq planına reaksiya gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes danışıb.
O, sözügedən planın qulaqardına vurulmadığını deyib.
“Sadəcə biz elektron poçtlara əsaslanaraq işləmirik. Biz rəsmi sənədlərə və rəsmi hökumət mövqelərinə, bu halda isə ABŞ-a əsaslanaraq addımlar atırıq”, – deyə Sançes vurğulayıb.
Qeyd edək ki, aprelin 24-də “Reuters” agentliyi adı çəkilməyən ABŞ rəsmisinə istinadən Pentaqonun Yaxın Şərq münaqişəsinə kömək etməkdən imtina edən ABŞ-ın NATO müttəfiqləri üçün cəza variantlarını müzakirə etdiyini bildirib.
Təkliflər nazirliyin elektron poçtunda qeyd olunub və onlardan biri İspaniyanın Şimali Atlantika Alyansındakı üzvlüyünün dayandırılmasını nəzərdə tutur. D
Digər cəza variantı isə “problemli” dövlətlərin NATO-nun mühüm və ya nüfuzlu mövqelərindən kənarlaşdırılmasını nəzərdə tutur.
Əliyar Xəlil
Globalinfo.az