İspaniyada üzüm yığımı bu il xeyli erkən başlayıb.
Globalinfo.az xəbər verir ki, anomal dərəcədə ifrat istilər səbəbindən Kataloniya şərabçıları iyulun 22-də yığıma başlayıblar.
Bunun İspaniya tarixində ən erkən məhsul yığımı olduğu bildirilir. Məlumata görə, yüksək temperatur üzümün daha tez yetişməsinə səbəb olur.