İspaniya Ukraynaya beş ədəd “Patriot” raketi verəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Bildirilib ki, söhbət ordunun Valensiyadakı zenit-artilleriya alayının silahlanmasında olan PAC-2 tipli raketlərdən gedir.
“Birinin dəyəri 3-4 milyon ABŞ dolları olan bu raketlər Madridin PAC-3 versiyasına keçid proqramı çərçivəsində ayrılıb”, – deyə qeyd olunub.