ekrangoruntusu2026 04 22100348 694378 19

İsmayıllıda zavodda ölüm hadisəsi baş verib.

Globalinfo.az Lent.az-a istinadla xəbər verir ki, hadisə İsmayıllı şəhərinin ərazisində yerləşən “Körpü Bina Tikinti” zavodunda qeydə alınıb.

Orada işləyən Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Etibar İslam oğlu Hümmətov iş başında qəfil ölüb.

Onun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: