İsmayıllıda evləri, obyektləri sel basdı, yollar bağlandı – VİDEO

İyunun 30-da İsmayıllı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları fəsadlar törədib.

Globalinfo.az-ın məlumatına görə dağlardan gələn sel suları rayonun şimal hissəsindəki Qəndov, Namazgah kəndlərində və Lahıc qəsəbəsində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Evləri, tövlələri turizm-istirahət obyektlərini, mağazaları sel basıb, mal-qara və ev quşları arasında tələfat var, ağaclar, ekektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb. Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib.

İsmayıllı şəhərindən Lahıc qəsəbəsinə gedən yol bağlanıb.

İsmayıllı rayonunun Culyan kəndində sel maşını aparıb.