İsmayıllı sakinini ilan sancdı, vəziyyəti ağırdır

İsmayıllıda kənd sakinini ilan sancıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Pirdinar kəndində qeydə alıb.

Belə ki, kənd sakini 1984-cü il təvəllüdlü Nəsirov Alqayıt Cavanşir oğlunu ilan sancıb. Rayon mərkəzi xəstəxanasına aparılan şəxsin vəziyyəti ağırdır. Hazırda reanimasiya şöbəsində müşahidə altında saxlanılır.