İran Prezidenti Məsud Pezeşkian İranın kəşfiyyat naziri İsmayıl Xətibinin öldürüldüyünü təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.
***15:06
İsrail Müdafiə Qüvvələri (IDF) İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibi öldürüldüyünü rəsmən elan edib.
Globalinfo.az-ın xəbərinə görə, IDF-in açıqlamasında deyilir ki, gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatları əsasında Tehrana hədəflənmiş zərbə nəticəsində İranın kəşfiyyat nazirini məhv edib.
Açıqlamada xatırladılıb ki, Xətib 2021-ci ildə Əli Xamenei tərəfindən kəşfiyyat naziri təyin edilib, rejiminin repressiyalarını və terror fəaliyyətlərini dəstəkləməkdə əsas rol oynayan İran kəşfiyyat Nazirliyinə nəzarət edib.
***14:27
İranın kəşfiyyat (ETTELAAT) naziri Seyid İsmayıl Xətibi öldürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
O, İranın kəşfiyyat nazirinin gecə saatlarında öldürülməsini rəsmi olaraq təsdiqləyib.
***12:15
İsrail ordusu İranın kəşfiyyat naziri İsmayıl Xətibi öldürməyə cəhd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.
İddia edilir ki, İ.Xətib İsrailin gecə hücumu zamanı öldürülüb.
İran tərəfdən rəsmi məlumat yoxdur.