İşləmək üçün Bakıya gələn afrikalı qadından xəbər var

İşləmək üçün Bakıya gələn afrikalı qadın öz ölkəsinə qayıdıb.

Globalinfo.az bildirir ki, bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Facebook” hesabında məlumat paylaşılıb.

Bildirilib ki, iş vədi verilərək ölkəmizə gətirilən Nigeriya vətəndaşı olan qadın dünən Dövlət Miqrasiya Xidməti tərəfindən öz ölkəsinə yola salınıb.

Qeyd edək ki, qadın yanvar ayında dayə işləmək məqsədi ilə Bakıya dəvət edilib, daha sonra ona iş verməkdən imtina edilib.