“Krokus”da 100-dən çox insanı xilas edən İslama HƏDİYYƏ

Martın 22-də Moskvadakı “Korkus Siti Holl”da baş verən terror zamanı qəhrəmanlıq göstərən yeniyetmələr Rusiya Dövlət Dumasında mükafatlandırılıblar.

Globalinfo.az xəbər verir ki, deputatlar Dövlət Dumasına yeniyetmələrə təşəkkürlərini bildirərək hədiyyələr təqdim ediblər.

Hadisə zamanı 100-dən çox insanı xilas edən qırğız əsilli İslam Xəlilov, həmçinin Nikita İvanov, Artemi Filimonov, Viktoriya Volçihina, Aleksandr Jurik və Yelizaveta Terexova kimi yeniyetmələrə parlamentin aşağı palatasının rəmzləri olan noutbuklar və xatirə hədiyyələri verilib.

Xatırladaq ki, adıçəkilən yeniyetmələrin çoxu hücum zamanı konsert zalının qarderobunda yarımştat çalışıblar. Onlar zala giriş və çıxışları, fövqəladə vəziyyətlərdə davranış təlimlərinə uyğun olaraq yüzlərlə insanı hadisə yerindən çıxarıblar.

Ayşən Mustafa
Globalinfo.az