İslam Kərimovun qızının əmlakı əlindən alındı

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Böyük Britaniyada 25 milyon dollarlıq əmlakı müsadirə edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin korrupsiya və irimiqyaslı dələduzluq əməllərinin təhqiqatı üzrə departamenti (Seriuos Fraud Office – SFO) məlumat yayıb.

Kərimovanın müsadirə olunmuş əmlaklarına Londonun Belqraviya bölgəsində yerləşən iki mənzil və Surrey qraflığındakı malikanə daxildir.

Qeyd olunub ki, Kərimova 2004-2012-ci illərdə telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxmağa kömək etmək üçün yüz milyonlarla dollar rüşvət alıb.

SFO-dan bildirilib ki, Böyük Britaniyada korrupsiyanın kökünü kəsmək üçün davam etdirilən işlərdə irəliyə doğru bir addım olacaq.