İslam Kərimovun oğlu ögey anasını məhkəməyə verdi

Özbəkistanın birinci Prezidentinin oğlu Pyotr Kərimov İslam Kərimovun dul arvadı Tatyana Kərimovanı vərəsəlik hüququ üçün məhkəməyə verəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Özbəkistan Ali Məhkəməsinin məlumatına görə, birinci instansiya məhkəməsi iyunun 26-na təyin edilib. İslam Kərimov 1991-ci ildən 2016-cı ildə vəfatına qədər Özbəkistanı idarə edib. Rəsmi olaraq, Tatyana Kərimova ilə evliliyində onun iki qızı – Gülnarə və Lola anadan olub.

Pyotr Kərimov İslam Kərimovun 2008-ci ildə Daşkənddə vəfat edən Natalya Kuçmi ilə qeyri-rəsmi nikahından olan böyük oğludur.