İslam Əməkdaşlıq Təşkilatı təcili toplanır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyulun 2-də Ciddə şəhərində növbədənkənar toplantı keçirəcək.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, iclasın əsas gündəmi İsveçdə Quranın yandırılması olacaq.

Qeyd olunur ki, iclas İƏT-in hazırki müddət sədri olan Səudiyyə Ərəbistanının tələbi ilə baş tutacaq.

Toplantıda Stokholmda yaşanan hadisəyə qarşı görüləcək tədbirlərin müzakirəsi və Qurani-Kərimə hörmətsizliyə qarşı ortaq münasibətin ortaya qoyulması hədəflənib.