İŞİD “Krokus”a hücumla bağlı yeni məlumat yaydı

İŞİD “Krokus Siti Holl”a hücum edən üzvlərinin həbs edildiyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Figaro”nəşri məlumat yayıb.

Hücumçulardan dördünün Moskva yaxınlığında yerləşən ticarət mərkəzinə hücum etdiyi təsdiqlənib. Onlardan üçünün avtomatlardan istifadə etdiyi, birinin isə yanğın törətdiyi qeyd olunub.

Rusiyanın quru və hava qüvvələri tərəfindən təqib edilən terrorçuların meşədə ələ keçirildiyi qeyd edilib.