İŞİD terror təşkilatının Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən Şahin Salayevə hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ş.Salayev bu il Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olan Ş.Salayevin 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş sayıldığı məlum olub.
Onun barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.