İşğaldan azad olunan ərazilərdə 33 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.03.2024 – 24.03.2024) açıqlanıb.

ANAMA-dan Globalinfo.az -a  verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 30 piyada əleyhinə mina, 3 tank əleyhinə mina, 121 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 462,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.