İşğaldan azad edilən Bala Göyçə gölündən ilk görüntülər yayıldı – VİDEO

 

Sentyabrın 12-14 aralığında Ermənistan silahlı qüvvələrinin təxribatına cavab verən Azərbaycan Ordusu bu əməliyyatlar zamanı Bala Göyçə gölünü işğaldan azad edib. 

Azərbaycan Televiziyasının “AZTV Xəbər” informasiya proqramında Bala Göyçə gölündən geniş reportaj yayımlanıb.

Globalinfo.az xəbər verir ki, çəkiliş qrupunun hazırladığı reportajda hərbçilərimiz əməliyyatın bıəzi məqamları haqda danışıblar.

Bala Göyçə Gölü Buğdadağın ətəyində yerləşir. Təxminən 1 ay öncəyə kimi erməni silahlı təxribatçıları Buğdadağ yüksəkliyindən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəş altında saxlayıblar.

Komando birliklərində xidmət edən Elnur Mustafayev bildirib ki, bura strateji əhəmiyyəti olan yüksəklikdir: “Arxada bizim təminat yolları var, oraya, Bala Göyçəyə nəzərəti ələ keçirdik. Artıq söz və güc Azərbaycan Ordusunundur bu ərazidə. Bizim Azərbaycan Ordusu rəşadətlə öz xidmətlərini aparırlar”.

Gölün ətrafında yetərincə minalanmış ərazi var, lakin minalar təmizlənir və ya zərərsizləşdirilir.

Polkovnik-leytenant, hərbi hissə komandiri Saqi Babayev deyib ki, yüksəkliyə nəzarət bərpa olunandan sonra istiqamətlər üzrə yeni yollar çəkilir.