İşçi qrupu Xankəndiyə gedəcək

Təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.

Globalinfo.az xəbər verir ki, bu barədə bu gün Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilən görüşdə Qarabağın erməni sakinləriylə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov bildirib.

O, eyni zamanda görüşdə reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib.