İsa Qəmbərin xanımı elmlər doktoru oldu – FOTO

Tarixçi alim Aida Qəmbər Ali Attestasiya Komissiyasının qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Aida Qəmbər özü məlumat verib. O, bunu gecikmiş qərar kimi qiymətləndirsə də, sevincini gizlətməyərək sosial şəbəkədə paylaşım edib.

Aida Qəmbər 1993-cü ildən BDU-nun Tarix fakültəsində Asiya və Afrika ölkələri tarixi kafedrasının baş müəllimi, dosent vəzifəsində işləyir.

O, 1984-ci il – “İraqın BƏƏS partiyasi: ideologiya və siyasəti (1952-1963-ci illər)” adlı namizədlik dissertasiyasını müdafiə edib.

2004-cü ildə isə “İraqın xarici siyasəti (1968-2000-ci illər)” adlı doktorluq dissertasiyasını müzakirəyə təqdim edib. Dissertasiya işinin Ali Attestasiya Komissiyasına təqdim edilməsindən təxminən 18 il sonra – bu gün Aida Qəmbərə tarix elmləri doktoru elmi dərəcəsi verilib.

A.Qəmbər 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub və oranı fərqlənmə diplomu ilə bitirib.

1977-1980-ci illərdə İraq Respublikasında ərəb dili tərcüməçisi işləyib.

1980-1993-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb.

1980-1984-cü illərdə SSRİ EA-nin Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub.

1993-cü ildən BDU-nun Tarix fakültəsində çalışır.

50-dən çox məqalənin, bir neçə monoqrafiyanın, dərs və metodik vəsaitlərin, proqramların müəllifidir.

Qeyd edək ki, Aida Qəmbər Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin həyat yoldaşıdır.