Türkiyədə arxeoloqlar İsa Məsihin “Yaxşı Çoban” (Dobruy Pastır) obrazında təsvir olunduğu nadir bir freska tapıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Rəsim İznik şəhəri yaxınlığındakı yeraltı məzarda aşkar edilib. Onun III əsrə aid olduğu bildirilir.
Freskada İsa gənc bir çoban kimi təsvir olunub: çiynində bir quzu, ayaqları altında isə dörd heyvan var.
Arxeoloq Gülsen Kutbay bu təsvirin nadir olduğunu və İsanın Roma üslubuna xas üz cizgiləri ilə, saqqalsız göstərildiyini deyib.
Əliyar Xəlil
Globalinfo.az