1737101680 1be61da3b388c0949d3916091b591f02 untitled 1

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin vəzifəsindən istefa verməsi ilə bağlı məlumat yayılıb.

Globalinfo.az bildirir ki, Manset.az məsələni dəqiqləşdirmək üçün AMEA prezidenti ilə əlaqə saxlayıb. İsa Həbibbəyli haqqında yazılanlardan məyus olduğunu bildirib:

“Mən əslində bu barədə danışmaq istəmirdim. Amma görürəm ki, danışmayanda olmur. Bunları yazmağa nə ehtiyac var? Biz işimizi davam etdiririk, qətiyyən belə bir fikir yoxdur. Bu, bizi sevməyən qüvvələrin AMEA-ya qarşı sensasiya yaratmaq məqsədilə atdığı addımdır. Bu adamları qınayıram. Nə üçün AMEA-ya qarşı belə münasibət bəslədiklərini bilmirəm. Mənim bu adamlara nə pisliyim keçib?” – deyə İsa Həbibbəyli bildirib.

Paylaş: