İsa Həbibbəylidən alimlərə maraqlı təklif

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli alimlərin uzunömürlü olmalarının səbəbləri ilə bağlı elmi araşdırma aparması barədə AMEA-ya tapşırıq verib.

Globalinfo.az bildirir ki, bu gün Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda illik hesabatla bağlı səyyar iclas keçirilib.

İclasda çıxış edən AMEA prezindenti alimlərin uzunömürlülükləri ilə bağlı maraqlı təklif verib.

Onun sözlərinə görə, bu, çox ciddi araşdırma mövzusudur.